Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Dekabr xalqımızın Həmrəylik və Birlik günüdür

0

  •       Əsrlər boyu Azərbaycan haqsızlıqlara məruz qalaraq müharibələr, hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində parçalanıb, azərbaycanlıların bir qismi doğma yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıbdır. Azərbaycanlıların bir qismi isə təhsil almaq, işləmək üçün başqa ölkələrə gedib və orada məskunlaşıblar. Bu gün dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır. Uzun illər vətənimizdə yaşayan azərbaycanlıların digər ölkələrdə məskunlaşmış həmvətənləri ilə əlaqə yaratmaq, görüşmək imkanı olmamışdır. Ötən əsrin 80-ci illərinin sonlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda Milli oyanış hərəkatının genişlənməsinə gətirib çıxardı. 1989-cu ilin dekabr ayının sonlarında Naxçıvanda sərhədlərin açılması ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası qoyuldu. Bu tarixin rəsmiləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Ali Məclisinin Sədri Ümummilli Liderin təşəbbüsü ilə 16 dekabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik gününün qeyd olunması üçün qərar qəbul etdi. Bununla da hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik günü kimi qeyd olunması barədə sərəncam imzalandı. Həmin vaxtdan etibarən hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi ölkəmizdə və dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd olunur. 5 İyul 2002-ci il tarixdə Ümumilli Lider Heydər Əliyevin fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsi yaradıldı. Azərbaycan Diasporu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüşdür. İstər Diaspor komitəsi, istərsədə xaricdə yaşayan azərbaycanlılar hər zaman terrorçu və təxribatçı ermənilərin Azərbaycana qarşı törətdikləri işğalçılıq siyasətini, Xocalı faciəsinin həqiqətlərini, Azərbaycanın yalnız öz ərazi bütövlüyünün bərpası üçün mücadilə etdiyini dünya ictimaiyyətinə çatdırmaqda fəal iştirak edirlər. Artıq iki ildir ki, Milli Həmrəylik günü daha yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Çünki 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin, ölkə başçısı ətrafında xalqımızın sıx birləşməsinin təcəssümüdür. 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüz zamanı harada yaşamasından və hansı partiyanın üzvü olmasından asılı olmayaraq bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Məhz elə o həmrəyliyin, birliyin sayəsində Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində düşməni məğlub edərək, torpaqlarımızın ərazi bütövlüyünü yenidən bərpa etdilər. Düşməni məğlub etmək üçün hər kəs əlindən gələni etməyə çalışırdı. İstər ziyalılarımızın, tələbə gənclərimizin kütləvi informasiya vasitələri ilə müxtəlif dillərdə Azərbaycanın haqlı mövqeyini və Ermənistanın terrorçu dövlət olduğunu dünyaya çatdırmaqla, istərsədə qadınlar, yaşlılar, uşaqlar hər kəs bir olaraq bacardıqları qədər dövlətimizə və ordumuza dəstək olmaqla öz birliyini göstərdi. O birliyin və həmrəyliyin nəticəsidir ki, xalqımız Qüdrətli Ordumuzun sayəsində Şanlı Qələbəni qazandı. Yeni il dövlətimiz və xalqımız üçün düşərli il olsun. Tezliklə Xocalı rayonu da düşmənlərdən azad olunsun. Gələn il Həmrəylik və Yeni il bayramlarını öz doğma rayonumuzda, kəndlərimizdə qeyd edək. Yaşasın 31 Dekabr Dünya Azərbaycanlılarının Milli Birlik və Həmrəylik günü! Vəsilə Quliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib54 dəfə
    31 Dekabr xalqımızın Həmrəylik Birlik günüdür

    Maraqlı gələ bilər
    55
    46
    54
    51